"Səbail" klubu növbəti transferini həyata keçirib

"Səbail" klubu növbəti transferini həyata keçirib Klub iyirmi üç yaşlı sağ cinah müdafiəçisi ilə 1,5 illik müqavilə imzalayıb
Fərdi
9 yanvar 2017 21:26
Səbail klubu növbəti transferini həyata keçirib

Bakı. 10 yanvar. REPORT.AZ/ Azərbaycan I Divizionunda mübarizə aparan "Səbail" klubu ikinci futbolçu transferini həyata keçirib.

"Report"un "aslanlar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, son klubu "Zaqatala" olan Ruslan Tağızadədir.

Klub iyirmi üç yaşlı sağ cinah müdafiəçisi ilə 1,5 illik müqavilə imzalayıb. U-17, U-19 və U-21 millilərinin də şərəfini qorumuş Tağızadə karyerası ərzində "Neftçi", "Abşeron", "Sumqayıt", AZAL, "Qəbələ" və "Zaqatala"da çıxış edib.

Qeyd edək ki, "Zaqatala" daha əvvəl 22 yaşlı müdafiəçi Aslan Hüseynovla 1 illik anlaşma əldə edib.

Son xəbərlər

Orphus sistemi