Şarl Lekler Bakıda keçirilən Formula 2 yarışının VII mərhələsinin qalibi olub

Şarl Lekler Bakıda keçirilən Formula 2 yarışının VII mərhələsinin qalibi olub Nik De Vries (Niderland, Rapax) ikinci, Nikolas Latifi (Kanada, DAMS) isə üçüncü sırada finiş xəttini keçib
Fərdi
24 İyun , 2017 13:23
Şarl Lekler Bakıda keçirilən Formula 2 yarışının VII mərhələsinin qalibi olub

Bakı. 24 iyun. REPORT.AZ/ Bakıda keçirilən Formula 2 yarışının VII mərhələsinin qalibi müəyyənləşib.

“Report”un məlumatına görə, “Prema Racing” komandasının pilotu Şarl Lekler 1:54.025 göstərici ilə bütün rəqiblərini qabaqlayıb. Nik De Vries (Niderland, Rapax) ikinci, Nikolas Latifi (Kanada, DAMS) isə üçüncü sırada finiş xəttini keçib.

Qeyd edək ki, Formula 2 yarışının 21 dövrədən ibarət olacaq VIII mərhələsi iyunun 25-də keçiriləcək və saat 14:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi