Şarl Lekler: "Bakı Monako deyil, burada rəqibi ötmək olur"

Şarl Lekler: "Bakı Monako deyil, burada rəqibi ötmək olur" "Sabah bizi çətin anlar gözləyir"
Fərdi
168
5 İyun , 2021 21:43
Şarl Lekler: Bakı Monako deyil, burada rəqibi ötmək olur

"Gün bizim üçün uğurlu alındı. Çünki bu qədər rəqabətli olacağımızı gözləmirdik".

"Report"un məlumatına görə, bu fikirləri "Formula 1" üzrə Azərbaycan Qran-prisində sıralama turunun qalibi olan "Ferrari" pilotu Şarl Lekler deyib.

24 yaşlı sürücü bütün rəqiblərini qabaqladığı üçün xoşbəxt olduğunu bildirib: "Komanda yoldaşım Karlos Sayns qəza keçirdi. Amma mən orada nə baş verdiyini görmədim. Ümid edirəm ki, bu, komandada ciddi problemə çevrilməyəcək".

Lekler sıralama turunda bolidinin yaxşı performans göstərdiyini əlavə edib: "Sabah bizi çətin anlar gözləyir. Bakı Monako deyil, burada rəqibi ötmək olur. Birinci yeri tutmaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Amma çətin olacaq".

Qeyd edək ki, Azərbaycan Qran-prisi iyunun 6-da başa çatacaq. Həmin gün ilk olaraq "Formula-2"də yekun mərhələ baş tutacaq. Ardınca pilotların paradı, açılış mərasimi gerçəkləşəcək və Azərbaycan Respublikasının Dövlət Himni səslənəcək. Saat 16:00-da "Formula 1"də əsas yarış başlayacaq və yekunda qalib müəyyənləşəcək.

Son xəbərlər

Orphus sistemi