Sambo üzrə dünya çempionatının yeri dəyişdirilib

Sambo üzrə dünya çempionatının yeri dəyişdirilib Sambo üzrə 2022-ci il dünya çempionatının yeri dəyişdirilib.
Fərdi
27 Aprel , 2022 20:51
Sambo üzrə dünya çempionatının yeri dəyişdirilib

Sambo üzrə 2022-ci il dünya çempionatının yeri dəyişdirilib.

"Report" Beynəlxalq Sambo Federasiyasının (FIAS) rəsmi saytına istinadən xəbər verir ki, yarış əvvəldən planlaşdırıldığı kimi Türkmənistanda deyil, Qırğızıstanda baş tutacaq.

Qərar Türkmənistan Milli Sambo Federasiyasının müraciətindən sonra qəbul olunub.

Qeyd edək ki, dünya çempionatı 11 - 13 noyabrda Qırğızıstanın paytaxtı Bişkekdə təşkil ediləcək.

Son xəbərlər

Orphus sistemi