Yuxarı
    Bağlamaq

    ​Dünya çempionatında Azərbaycanı 8 samboçu təmsil edəcək

    Amil Qasımov Bakı 2015in gümüş mükafatçısı olub

    Bakı. 10 noyabr. REPORT.AZ/ Noyabrın 12-də Mərakeşin Kasablanka şəhərində start götürəcək sambo üzrə dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Report"un məlumatına görə, mundialda baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında 8 idmançı qüvvəsini sınayacaq.

    Afrikada Nəsimi Umbayev (52 kq), Mehman Xəlilov (57 kq), Cavidan Qarayev (62 kq), Emil Həsənov (68 kq), Ami Qasımov (74 kq), Nazir Əlisultanov (90 kq), Nizami Məmmədov (100 kq) və Fərid Yusifov (57 kq) çıxış edəcək. Bunlardan A.Qasımov "Bakı 2015" I Avropa Oyunlarında gümüş medal qazanıb. 

    Qeyd edək ki, dünya çempionatına noyabrın 16-da yekun vurulacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi