​Saman Təhmasibi: "Səhv etməsəydim, çempion olardım"

​Saman Təhmasibi: "Səhv etməsəydim, çempion olardım" "İnanıram ki, olimpiadada daha yaxşı nəticə göstərəcəyəm"
Fərdi
10 Sentyabr , 2015 11:17
​Saman Təhmasibi: Səhv etməsəydim, çempion olardım

Bakı. 10 sentyabr. REPORT.AZ/ "Yarımfinal görüşümdə bəzi səhvlərə yol verdim. Səhv etməsəydim, çempion olardım". "Report"un məlumatına görə, bunu Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə açıqlamasında dünya çempionatının üçüncü günündə yunan-Roma güləşi üzrə 85 kq çəki dərəcəsində bürünc medal qazanmış Saman Təhmasibi deyib.

2016-cı ildə Rio-de Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə əldə edən pəhləvan Macarıstan idmançısı Viktor Lorinçlə bürünc medal görüşündən də danışıb. O, görüşün çətin keçdiyini, amma sonda medal qazana bildiyini vurğulayıb. Təhmasibi əsas hədəfinin Rio-2016-da daha yaxşı nəticə göstərməkdən ibarət olduğunu əlavə edib. 

Son xəbərlər

Orphus sistemi