Salyanda atıcılıq üzrə “Novruz atəşləri” yarışı keçirilib

Salyanda atıcılıq üzrə “Novruz atəşləri” yarışı keçirilib Yarış Salyan Olimpiya Mərkəzində baş tutub
Fərdi
20 Mart , 2016 12:23
Salyanda atıcılıq üzrə “Novruz  atəşləri”  yarışı keçirilib

Bakı. 20 mart. REPORT. AZ/ Salyanda stend atıcılığının “Kompak Sportinq” növü üzrə “Novruz atəşləri” yarışı keçirilib. “Report”un məlumatına görə, Atıcılıq Federasiyasının və Cənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən yarış Salyan Olimpiya Mərkəzində baş tutub.

Yarışların rəsmi açılış mərasimində atıcılıq federasiyasının vitse-prezidenti Rasim Rzayev çıxış edərək iştirakçıların Novruz bayramını təbrik edib. O, ölkəmizdə bütün idman növlərinin, xüsusi ilə də atıcılığın inkişafından, bu sahədə qazanılan uğurlardan və ölkə başçısı İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğılardan danışıb.

Sonra bayram tonqalı qalanıb, yarış iştirakçıları tonqal ətrafında dövrə vurub, ov təəssüratı yaratmaqla maraqlı atışlar nümayiş etdiriblər.

Yarışma zamanı A kateqoriyası üzrə 75 hədəf, B kateqoriyası üzrə isə 50 hədəf atəşi qeydə alınıb. 1, 2 və 3-cü yerləri tutan idmançılar medal və diplomlarla mükafatlandırılıb.

Qeyd edək ki, yarışmanın keçirilməsində əsas məqsəd həvəskar atıcılar yetişdirməklə, atıcılıq idamn növünü regionlarda xüsusi inkişaf etdirmək, yeni istedadları üzə çıxarmaq və təbii ki, müharibə şəraitində yaşayan ölkə kimi vətəndaşlara silahdan istifadə qaydalarını öyrətməkdən ibarət olub.

Son xəbərlər

Orphus sistemi