Salvadorlu boksçu döyüş zamanı aldığı zərbədən ölüb - VİDEO

Salvadorlu boksçu döyüş zamanı aldığı zərbədən ölüb - VİDEO Bakı. 26 noyabr. REPORT.AZ/ Salvadorlu boksçu Fransisko Ruis həmyerlisi Rikardo Korteslə döyüş zamanı aldığı zədədən dünyasını dəyişib. 
Fərdi
26 Noyabr , 2017 04:22
Salvadorlu boksçu döyüş zamanı aldığı zərbədən ölüb - VİDEO

Bakı. 26 noyabr. REPORT.AZ/ Salvadorlu boksçu Fransisko Ruis həmyerlisi Rikardo Korteslə döyüş zamanı aldığı zədədən dünyasını dəyişib. 

"Report" xəbər verir ki, hadisə noyabrın 18-də Salvador Peşəkar Boks Federasiyasının təşkil etdiyi titul uğrunda döyüşdə baş verib.

Qarşılaşmanın 8-ci raundunda aldığı zərbədən nakaut olan F.Ruisin başı yerə çırpılıb. O, dərhal xəstəxanaya çatırılıb və beyin əməliyyatı keçirdikdən sonra komaya düşüb. Lakin onun komandan ayılmaq şansı olmadığı üçün yaxınları aparatdan ayrılmasına qərar veriblər.

Dünya Boks Assosiasiyası F.Ruisin bütün dəfn xərclərini öz üzərinə götürüb. 

Son xəbərlər

Orphus sistemi