Yuxarı
    Bağlamaq

    Şahmatçılarımız “Moskva Open 2015” festivalında uğurla çıxış edirlər

    Yarış fevralın 8-də başa çatacaq

    Bakı. 4 fevral. REPORT.AZ/ Ənənəvi “Moskva Open 2015” beynəlxalq şahmat festivalında dördüncü turun görüşləri başa çatıb.

    Azərbaycan Şahmat Federasiyasından "Report"-a bildiriblər ki, üçüncü turda yerli şahmatçı Leonid Nozdraçev üzərində qələbə qazanan təmsilçimiz Rauf Məmmədov bu turda çinli Yunquo Vanqı məğlubiyyətə uğradaraq xal ehtiyatını 3,5-ə çatdırıb. R.Məmmədov turnirin lideri Ernesto İnarkievdən yarım xal geri qalır.

    Bu turda qalib gələn Ülvi Sadıqovun 2,5 xalı var. Niyazi Nağdıyev 2, Ülvi Bacarani və Rəvan Əliyev isə hərəyə 1,5 xal toplayıblar.

    Qadınların mübarizəsində Səbinə İbrahimova yerli şahmatçı Yelena Semyonova üzərində qələbə qazanıb. Şahmatçımız 3,5 xalla 2-10-cu yerləri bölüşdürsə də, əlavə göstəricilərə görə 8-ci sıradadır.

    Digər həmyerlimiz Aydan Höcətova isə 3 xalla 15-ci yerdə qərarlaşıb.

    Tələbələr arasında yarışda çıxış edən Günay Məmmədzadə isə 2,5 xalla 4-cü pillədədir.

    Uşaqların turnirində Aydın Süleymanlı aktivinə 3 xal yazaraq 19-cu sırada yer alıb. Məhəmməd Muradlı isə 2 xal toplayıb.

    Yarış fevralın 8-də başa çatacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi