Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb

Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb Azərbaycanın şahmat üzrə kişi və qadınlardan ibarət milli komandaları Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında ilk görüşlərini keçirir.
Fərdi
24 oktyabr 2019 15:07
Kişi şahmatçılardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycanın şahmat üzrə kişi və qadınlardan ibarət milli komandaları Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında ilk görüşlərini keçirir.

"Report"un məlumatına görə, kişilərdən ibarət yığma birinci turda Serbiyanı məğlub edib. Rauf Məmmədov və Qədir Hüseynov qələbə qazanıb, Şəhriyar Məmmədyarov isə heç-heçə edib. Arkadi Naydiçin görüşü davam etsə, Azərbaycan komandası artıq qələbəni təmin edib.  

Qadınlardan ibarət yığma isə hazırda Latviya ilə üz-üzə gəlir və bütün qarşılaşmalar davam edir. 

Qeyd edək ki, kişilərdən ibarət Azərbaycan milli komandası 3 dəfə Avropa çempionu olub. İsveçrə sistemi üzrə keçiriləcək turnir 9 turdan ibarət olacaq.

Kişilər

Serbiya - Azərbaycan - 0,5:2,5

Alensandr İndiç - Şəhriyar Məmmədyarov - 0,5:0,5

Nikola Sedlak - Arkadi Naydiç 

Milan Zaiç - Rauf Məmmədov - 0:1

Velimir İliç - Qədir Hüseynov - 0:1

Qadınlar

Latviya - Azərbaycan 

Dana Reiznetse-Ozola - Günay Məmmədzadə

Laura Roqule - Xanım Balacayeva 

İlze Berzina - Ülviyyə Fətəliyeva

Elizabet Limanovska - Gülnar Məmmədova

Son xəbərlər

Orphus sistemi