Şahmatçılar "əkiz"ləriylə görüşdü

Şahmatçılar "əkiz"ləriylə görüşdü ShamkirChess2019 superturnirinin iştirakçılarının real ölçüdə fiquru hazırlanıb.
Fərdi
7 aprel 2019 13:53
Şahmatçılar əkizləriylə görüşdü

"ShamkirChess2019" superturnirinin iştirakçılarının real ölçüdə fiquru hazırlanıb. 

Report xəbər verir ki, Şəmkirdəki Heydər Əliyev Mərkəzində VII turdan əvvəl şahmatçılar "əkiz"ləriylə görüşərək şəkil çəkdirib.

Qeyd edək ki, Azərbaycanın tanınmış şahmatçısı, qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirində yeddinci turun oyunları başlayıb. Altı turun nəticəsinə görə, Maqnus Karlsen və Sergey Karyakin 4 xalla ilk iki pillədə qərarlaşıblar. Vişvanatan Anand, Aleksandr Qrişuk, Dinq Liren, David Navara, Teymur Rəcəbov, Veselin Topalov hərəyə 3 xal toplayıblar. Aniş Giri və Şəhriyar Məmmədyarovun 2 xalı var. Turnirə aprelin 9-da yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi