Şahmatçı Rauf Məmmədov Avropa çempionatında növbəti qələbəsini qazanıb

Şahmatçı Rauf Məmmədov Avropa çempionatında növbəti qələbəsini qazanıb Digər iki şahmatçımız heç-heçə edib
Fərdi
26 Mart , 2018 03:36
Şahmatçı Rauf Məmmədov Avropa çempionatında növbəti qələbəsini qazanıb

Bakı. 26 mart. REPORT.AZ/ Gürcüstanın Batumi şəhərində şahmat üzrə Avropa çempionatında 8-ci turun görüşləri keçirilib.

“Report” xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən Rauf Məmmədov Rusiyadan olan erməni əsilli David Paravyanı məğlub edərək yarışda dördüncü qələbəsini qazanıb.

Hazırda hesabında 6 xal olan Rauf, bu qələbə sayəsində yarışın 10-cu pilləsinə yüksəlib. Turnirdə müvafiq olaraq 29 və 30-cü yerlərdə qərarlaşan digər təmsilçilərimiz Eltac Səfərli və Qədir Hüseynov Rauf Məmmədovdan 0,5 xal geri qalır. Eltac Səfərli rusiyalı qrossmeyster Dmitri Yakovenko ilə xalları yarı bölüb – 0,5:0,5, Hüseynov isə qonşu ölkənin başqa bir şahmatçısı Aleksandr Predke ilə heç-heçə oynayıb.

Turun digər qarşılaşmalarının nəticələri:

Daniil Dubov (Rusiya) – Qaveyn Cons (İngiltərə) – 0,5:0,5,

Lük Makşeyn (İngiltərə) – Yevgeni Nayer (Rusiya) – 1:0,

Maksim Matlakov (Rusiya) – Kirill Alekseenko (Rusiya) – 1:0,

Ernesto İnakriyev (Rusiya) – Mixail Mçedlişvili (Gürcüstan) – 0,5:0,5.

Sənan Süqiro (Rusiya) - David Navara (Çexiya ) - 0,5:0,5.

Səkkiz raunddan sonra turnirə 6,5 xal toplamış dörd şahmatçı – israilli Tamir Nabati, polşalı Radoslav Voytaşek, ingilis Cons və Makşeyn liderlik edir.

Kişilər arasında keçirilən Avropa çempionatında dünyanın 34 ölkəsindən 302 şahmatçı iştirak edir. Yarışın mükafat fondu 100 min avrodur.

Avropa çempionatı martın 28-dək davam edəcək.

Son xəbərlər

Orphus sistemi