Yuxarı

Şahmat üzrə Azərbaycan millisi Gürcüstanla yoldaşlıq görüşü keçirəcək

Bununla bağlı şahmat federasiyaları arasında yekun razılıq əldə olunub

Bakı. 1 avqust. REPORT.AZ/ Bakı Şahmat Olimpiadasına hazırlaşan əsas yığma komandalar yoldaşlıq görüşündə iştirak edəcək. Bakı Şahmat Olimpiadasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, artıq bununla bağlı Azərbaycan və Gürcüstan Şahmat federasiyaları arasında yekun razılıq əldə olunub.

Kişi və qadın şahmatçılardan ibarət Azərbaycan millisi avqustun 9-da baş tutacaq son hazırlıq toplanışında əvvəlcədən planlaşdırıldığı kimi həm də yoldaşlıq görüşü keçirəcək.

Qeyd edək ki, olimpiadada iştirak edəcək bütün komandalarımız (3 kişi və 3 qadın komandası) avqustda təlim-məşq toplanışında olacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi