Azərbaycanın şahmat millisi dünya çempionatını qələbə ilə başa vurub

Azərbaycanın şahmat millisi dünya çempionatını qələbə ilə başa vurub Qazaxıstanın paytaxtı Astanadakı şahmat üzrə komandalararası dünya çempionatında son turun görüşləri keçirilir.
Fərdi
14 Mart , 2019 13:14
Azərbaycanın şahmat millisi dünya çempionatını qələbə ilə başa vurub

Qazaxıstanın paytaxtı Astanadakı şahmat üzrə komandalararası dünya çempionatında son turun görüşləri keçirilir.

"Report"un məlumatına görə, kişilərin yarışında mübarizə aparan Azərbaycan millisi IX turda Misirlə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə yekunlaşıb - 2,5:1,5.

Yığmanın heyətindəki Qədir Hüseynov rəqibini məğlub edib. Digər şahmatçılar görüşlərini heç-heçə ilə başa vurub.

8 turdan sonra turnir cədvəlinə 14 xalla başçılıq edən Rusiya millisi vaxtından əvvəl dünya çempionluğunu təmin edib.

8-ci xalını qazanan Azərbaycan yığması isə hələlik mundialda İranla 6-7-ci yerləri bölüşdürür. Qonşu ölkənin ABŞ-la oyunu davam edir. Hələlik Rusiya - Hindistan, İngiltərə - İsveç, Qazaxıstan - Çin görüşləri də başa çatmayıb.

Dünya çempionatı, IX tur

Azərbaycan - Misir - 2,5:1,5

Arkadi Naydiç - Bassem Amin - 0,5:0,5

Rauf Məmmədov - Əhməd Ədli - 0,5:0,5

Qədir Hüseynov - Adam Fevzi - 1:0

Eltac Səfərli - Abdulrəhman Heşam - 0,5:0,5

Son xəbərlər

Orphus sistemi