Yüksək səviyyəli şahmat oyununda “Miniatür” necə baş verir?

Yüksək səviyyəli şahmat oyununda “Miniatür” necə baş verir? Yüksək səviyyəli şahmat oyununda “Miniatür” necə baş verir?
Fərdi
21 Mart , 2021 11:23
Yüksək səviyyəli şahmat oyununda “Miniatür” necə baş verir?

“Miniatür” 20 gedişdən az müddətdə sona çatan oyundur. Bu, adətən aşağı səviyyəli oyunçuların görüşündə baş verir. Çünki bir oyunçu ümumi prinsiplərin əleyhinə hərəkət edir. Məsələn, oyunun başlanğıcında bir fiquru bir dəfədən artıq istifadə etməmə, bütün fiqurları oyuna daxil etmə və s.

Günümüzdə bu hal, oyunçulardan biri kobud səhv etməyincə yüksək səviyyəli şahmatçılar arasında nadir hallarda baş verir. Çünki oyunçular rəqibin potensial gedişlərini matçın ortalarında həyata keçirəcəyini düşündüyü açılışları dərindən hazırlayırlar.

Lakin bəzən oyunçu görüşün əvvəlində rəqibi tərəfindən hələ təhlil edilməmiş yaradıcı ideya həyata keçirir. Bildiyiniz kimi, şahmat çox mürəkkəbdir. Hətta qrossmeyster belə bu cür vəziyyətdə əlverişsiz reaksiya göstərərək, çətin vəziyyətə düşə bilər. Bu cür oyunlar, sizin müəllifləriniz də daxil olmaqla, bütün şahmat dünyasının diqqətini çəkir.

Həftənin oyunu: Mikhalevski, Victor vs. Nabaty, Tamir

Kritik Mövqe (Gediş Qaranındır)

Oyun təhlili:

(17) Mikhalevski,Victor (2552) - Nabaty,Tamir (2638) [A07]

İsrail Çempionatı 2021 (7), 13.03.2021

[Durarbəyli,Vasif]

1.Af3 d5 2.g3 Ff5 3.Fg2 c6 4.Ah4?! [bu gediş iki fundamental qaydaya ziddir: 1. Lazım olmadığı təqdirə oyunun başlanğıcında bir fiqurla iki dəfə oynama; 2. Atı küncə qoyma. Məncə qaralar Ah4-dən sonra vəziyyəti dərhal bərabərləşdirə bilərdi. Güman ki Mikhalevski ev hazırlığında daha yaxşı bir şey tapmışdı.]

[əsas davam 4.0–0.]

4...Fg4 [2 dəqiqə. Ah4-ün nadir gediş olduğuna baxmayaraq Nabaty tez cavab verdi.]

[4...Fe4! Dərhal atın gedişindən istifadə etməyə çalışır. Maraqlıdır Mikhalevski burda necə cavab verəcəkdi. 5.f3 (5.Fxe4 bu gedişi vəziyyəti bərabərləşdirməyə aparır. 5...dxe4 6.Ac3 (6.d4 exd3 7.cxd3 Af6 8.Vb3 Vb6=) 6...Af6 7.d3 exd3 8.cxd3 e6=) 5...Fg6 6.Axg6 hxg6 Açığı, qaralarla oynamağı seçərdim. h xətti açıqdır, f3 gedişi şahı zəiflətdi və atlar bağlı mövqe səbəbindən fillər üzərində üstünlüyə malik ola bilər.]

5.c4N

[5.h3 Fh5 6.c4 dxc4?! Ağlara atı rahatlıqla hərəkət etdirmək imkanı verir., (6...e6 doğru cavabdır.) 7.Aa3 Ad7 (7...f6? 8.Axc4 Ff7 9.Vc2 (9.d3 Fxc4 10.dxc4 Vxd1+ 11.Şxd1 Ad7 12.Şc2 Fillər ağlara üstünlük yaradır. ½–½ (28) Abolianin,A (2327)-Burmakin,V (2504) Amantea 2018) 9...e5 10.0–0+_ Qaralar üçün hərəkəti tamamlamaq asan deyil. Ağlar topu d1-ə qoymaq və d4-ə aparmaq istəyir. . 10...Ae7 11.Td1 Ad5 12.d4 exd4 13.Txd4 Vc7 14.e4+–) 8.Axc4 e6 9.Vb3+= Ağlar Reti variantında bu cür mövqelər əldə etməyə şaddır.

5...dxc4?! [20 dəqiqə. Nabaty Burmakinlə oxşar səhvi edir. 5.h3 davamını yoxla. Bu gedişdə əsas məsələ budur ki, at c4-də yaxşı mövqeyə sahib oldu.]

[5...e6 ən çox istifadə edilən cavab. 6.Vb3 (6.0–0 Fe7 7.Af3 Af6 A Tipik Reti mövqesi amma Qaralar öndədir. 8.d3) 6...Vb6 7.Ac3 Fe7 8.h3 Fh5 9.cxd5 cxd5 10.Vxb6 axb6 11.Af3 demək olar ki bərabərlik.]

6.Aa3 e5 7.Axc4+= [Maraqlıdır ki, Mikhalevski açılışdan başqa ilk 7 gedişdən sonra 2638 oyunçuya qarşı üstün mövqe qazanıb. Qaralar şübhəli açılışlar oynamasa bu, nadir hallarda olur.

7...Ad7

8.d4! [mərkəzə çatır, hədəf şahdır.]

[8.0–0 Baxmayaraq ki, öncə qala qurmaq tələb olunur, və sonra d4 daha yaxşı hesab olunur, mən mətn üzrə hərəkəti seçərdim.. 8...Fe7 9.d4 Fe6 10.d5 cxd5 11.Fxd5 Agf6 12.Fxe6 fxe6 13.Fe3+=]

8...Fb4+? [15 dəqiqə. Məntiqli gediş kimi görünür. Qaralar temp ilə inkişaf, lakin qara fil Şahın əsas müdafiəçisidir.]

[8...Fe6! Qaraların vəziyyəti təhlükəlidir və o sadələşməyə getməlidir. 9.d5 cxd5 10.Fxd5 Tc8 11.Fxe6 fxe6 12.b3 b5! 13.Ad6+ Fxd6 14.Vxd6 Vb6 15.Vxb6 axb6 Əks mövqe gedişi, lakin temp qaralar üçün piyada quruluşundan daha vacibdir.. (15...Axb6 16.Af3 Ad7 17.Fb2+–) 16.Af3 Agf6 17.Fb2 Tc2 18.Fxe5 Axe5 19.Axe5 Şe7 Qaralar vəziyyəti bərabərləşdirmək üçün bütün imkanlara malikdir.]

9.Fd2 Ve7 10.Ae3 [10.0–0! Davam etmək üçün ən yaxşı yoldur. C4-dəki at D6-ya yerləşməlidir və Qaralar onu çətin dayandıra bilsinlər. 10...Fxd2 (10...0–0–0 11.d5 cxd5 12.Fxb4 Vxb4 13.a3 Ve7 14.Vxd5+–) 11.Vxd2 Agf6 12.dxe5 Axe5 13.Ad6+ Şf8 14.Ahf5 Vd7 15.Vc2+_ g6 16.Vc5 Fxf5 17.Axf5+ Şg8 18.Ah6+ Şg7 19.Vxe5+–]

10...Fe6

11.Aef5 Fxf5 12.Axf5 Fxd2+ 13.Vxd2 Vf6 14.Fh3 g6?? [İzah etmək çətindir. Nabaty böyük ehtimalla f4 fikrini buraxdı, lakin Ağların həlledici üstünlük əldə etmək üçün çox imkanları var. Lakin yenə də bu mövqelərdə olan Qaralarla oynamaq çətin idi. Ona görə də hər hansısa bir səhv anlaşılandır.]

[14...exd4 qaralara ümid verən yeganə gediş. 15.Vb4!? 0–0–0 16.Vd6! Tf8 yeganə gediş (16...Ve5; 16...Ah6?? 17.Ae7+ Vxe7 18.Vxe7+–) 17.0–0–0 Vxd6 18.Axd6+ Şc7 19.Axb7 Şxb7 20.Fxd7 c5 21.Td3+_]

15.dxe5 Axe5 16.Ad6+ Şf8 17.f4!+– [Inanılmazdır! At mərkəzdə qapana qısıldı.]

1–0

Son xəbərlər

Orphus sistemi