Həftənin oyunu: Bir ilə xeyli dəyişən şahmatçı

Həftənin oyunu: Bir ilə xeyli dəyişən şahmatçı İddiaçılar Turnirinin ilk yarısında performansı xüsusilə gözə çarpmayan Aniş Giri bundan sonra şahmat qabiliyyətlərini kəskin şəkildə artırdı
Fərdi
3 May , 2021 11:00
Həftənin oyunu: Bir ilə xeyli dəyişən şahmatçı

"Report" beynəlxalq qrossmeysterlər Vasif Durarbəyli və Burak Fıratın növbəti yazısını təqdim edir...

Yunan filosofu Heraklit bir dəfə demişdi: "Heç bir insan eyni çaya iki dəfə ayağını sala bilməz. Çünki nə çay, nə də insan eynidir”.

Çay hissəsi ilə bağlı yaxşı məqama toxunduğunu düşünürəm, ancaq digər hissədən əmin deyiləm. İnsanların bu qədər sürətli dəyişə biləcəyini düşünmürəm.

Bununla belə, bir ilin insanı əhəmiyyətli dərəcədə dəyişdirə biləcəyini zənn edirəm. İddiaçılar Turnirinin ikinci yarısında müşahidə etdiyimiz məgər bu deyildimi? Görünən odur ki, iştirakçılar bir il əvvəl turnirin ilk yarısını oynayan eyni şahmatçılar deyillər.

Ən başlıcası, turnirin ilk yarısında performansı xüsusilə gözə çarpmayan Aniş Giri bundan sonra şahmat qabiliyyətlərini kəskin şəkildə artırdı. “Magnus Carlsen Invitational”dan bəri onun oyunları diqqətimi çəkdi və bu zaman oyunlarından mənə hər ay onun oyun səviyyəsini xeyli yaxşılaşdırdığı aydın oldu.

Nəhayət, “Tata Steel”də və “Magnus Carlsen Invitational”ın V mərhələsində son dərəcə yaxşı oynadı. Açığı, onu İddiaçılar Turniri hələ başlamamışdan öncə ikinci hissəni qazanmağa favorit hesab edirdim.

(24) Karuana,Fabiano (2820) - Giri,Aniş (2776) [B45]

FIDE İddiaçılar Turniri 2020 Yekaterinburg (12), 24.04.2021

[Durarbayli,Vasif]

1.e4 c5 2.Af3 e6 [Giri, İddiaçılar Turnirinin ikinci yarısında artıq iki dəfə 2... Ac6 oynadı. Girinin hər iki rəqibi Sveshnikov davamiyyətinə getdi. Ancaq bunu Karuanaya qarşı oynamadı. Yəqin ki, Giri, Dünya Çempionatı matçında (2018) Caruana tərəfindən istifadə olunan Rossolimo davamiyyətindən və ya Sveshnikovdakı 7.Ad5 davamiyyətindən çəkindi. Daha əvvəl bu gedişi 3 dəfə oynamışdı.]

3.d4 cxd4 4.Axd4 Af6 5.Ac3 Ac6 6.a3 [6.Adb5 Gördüyünüz kimi, Girinin Yakovenkoya qarşı məqsədi Sveşnikovdan qaçmaq deyildi. 6...d6 7.Ff4 e5 8.Fg5 a6 9.Aa3 b5 ½–½ (32) Jakovenko,D (2719)-Giri,A (2797) Shenzhen 2019]

6...Fe7 [6...Vc7 7.Fe2 (7.Fe3!? Üstünlük üçün bu, başlıca yol idi. 7...a6 8.f4 Axd4 9.Fxd4 Vxf4? 10.g3 Vc7 11.e5 Ad5 12.Ae4 b5 13.Fg2+_ 1–0 (41) Burke,J (2550)-Durarbayli,V (2628) Ledyard 2019) 7...a6 8.f4 Axd4 9.Vxd4 Fc5 10.Vd3 d5 11.exd5 exd5 12.Fe3 Ff5! 13.Vxf5 Fxe3= ½–½ (20) Caruana,F (2835) - Mamedyarov,S (2764) Karlsruhe 2020]

7.Fe3 [7.f4 d6 8.Af3 0–0 9.Fd3 a6 10.0–0 b5= ½–½ (54) Anand,V (2756)-Giri,A (2779) Saint Louis 2019]

7...0–0 8.Fe2 d6 9.Vd3!?N [9.Qd2 ilə müqayisədə 10...Ae4! gedişinə icazə vermir.]