Bakı. 27 avqust.
Olimpiadanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, sərgidə nadir eksponatlar, həmçinin müxtəlif tarixi yarışlardan vintaj plakatlar nümayiş olunacaq.
Sərgidə hind çaturanqa, iran satranc oyunu üçün dəst, Luis adasında morj dişindən düzəldilın şahmat dəsti, fil sümüyündən orta əsrlərə aid olan Kral I Çarlzın şahmat dəsti, buryat şahmat dəsti və digər çoxsaylı eksponatlar sərgilənəcək.
Xatırladaq ki, Bakı Şahmat Olimpiadası sentyabrın 1-14-də "Baku Crystal Hall"da baş tutacaq.



