Şahmat 2018-ci il Qış Olimpiya Oyunlarında təmsil olunacaq

Şahmat 2018-ci il Qış Olimpiya Oyunlarında təmsil olunacaq Bu barədə FİDE prezidenti açıqlama verib
Fərdi
16 İyul , 2015 18:30
Şahmat 2018-ci il Qış Olimpiya Oyunlarında təmsil olunacaq

Bakı. 16 iyul. REPORT.AZ/ Şahmat 2018-ci il Pxençxan Qış Olimpiya Oyunlarında nümunəvi növ kimi təmsil olunacaq. "Report"un məlumatına görə, bu barədə FİDE (Beynəlxalq Şahmat Federasiyası) prezidenti Kirsan İlümjinov açıqlama verib. 

"Şadam ki, Beynəlxalq Olimpiya Komitəsi ilə danışıqlar uğurla nəticələndi. Bunu qələbə hesab edirəm. Bütün yeni idman növləri, məsələn, körlinq, əvvəllər nümunəvi xarakterli olub" deyə K.İlümjinov bildirib. 

FİDE prezidentinin sözlərinə görə, bu, ilk mütləq addımdır: "2018-ci il olimpiadasından sonra Beynəlxalq Olimpiya Komitəsi İcraiyyə Komitəsinin iclası keçiriləcək. Toplantıda şahmatın olimpiada proqramına tamhüquqlu iştirakçı kimi salınmasına dair yekun qərar veriləcək" . 

Qeyd edək ki, 2018-ci il Pxençxan Qış Olimpiya Oyunları öncəsi şahmat üzrə iki böyük yarış - 2015-ci il Dünya Kuboku və 2016-cı il Ümumdünya Şahmat Olimpiadası Bakıda təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi