Sahib Ələkbərov Avropa Velosipedçilər İttifaqının İdarə Heyətinə üzv seçilib

Sahib Ələkbərov Avropa Velosipedçilər İttifaqının İdarə Heyətinə üzv seçilib Seçki UEC-in Baş Assambleyası çərçivəsində baş tutub
Fərdi
6 Mart , 2017 09:39
Sahib Ələkbərov Avropa Velosipedçilər İttifaqının İdarə Heyətinə üzv seçilib

Bakı. 6 mart. REPORT.AZ/ Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti, vergilər nazirinin müavini Sahib Ələkbərov yeni vəzifədə çalışacaq. "Report"un məlumatına görə, S.Ələkbərov Avropa Velosipedçilər İttifaqının (UEC) İdarə Heyətinə üzv seçilib.

Seçki UEC-in Belçikanın paytaxtı Brüsseldə keçirilmiş Baş Assambleyası çərçivəsində baş tutub. Azərbaycanlı funksionerdən başqa, danimarkalı Henrik Yens Yensen, almaniyalı Martin Volf, polşalı Aqata Lanq, rusiyalı Aleksandr Qusyatnikov və isveçrəli Rokko Kattaneo da İdarə Heyətində yer alacaq. Son 3 şəxs həm də UEC-in vitse-prezidenti seçilib. Baş katib vəzifəsi italiyalı Enriko Della Kasaya həvalə olunub. Baş Assambleyada UEC prezidenti də seçilib. Fransalı David Lappartient yenidən bu vəzifədə çalışacaq.

Qeyd edək ki, bütün rəhbər şəxslər 2021-ci ilədək fəaliyyət göstərəcəklər.  

Son xəbərlər

Orphus sistemi