Şağanda cüdo turniri - FOTO

Şağanda cüdo turniri - FOTO Bu gün Şağan Olimpiya Kompleksində kiçik yaşlı yeniyetmə cüdoçular arasında CSL2 Judo turniri keçirilib.
Fərdi
23 Fevral , 2020 16:50
Şağanda cüdo turniri - FOTO

Bu gün Şağan Olimpiya Kompleksində kiçik yaşlı yeniyetmə cüdoçular arasında "CSL2 Judo" turniri keçirilib.

"Report"un məlumatına görə, 2006-2007 və 2008-2010 təvəllüdlü idmançıların qatıldığı yarış Qafqaz İdman Liqasının (CSL) təşkilatçılığı ilə gerçəkləşib.

Açılış mərasimində liqanın təşkilatçılarından olan "Qəbələ" İdman Klubunun ümumi işlər üzrə koordinatoru Səbuhi Qarayev CSL-in ilk seriyasının MMA üzrə keçirildiyini xatırladaraq, digər növlərdən də yarışlar təşkil edəcəklərini vurğulayıb.

Dünya MMA Federasiyasının Azərbaycandakı nümayəndəsi Şəhriyar Abbasov bildirib ki, gənc nəslin sağlam böyüməsi üçün belə yarışların təşkilinə ciddi ehtiyac var.

Bakı MMA Akademiyasının baş məşqçisi Bəxtiyar Abbasov yarış iştirakçılarına uğurlar arzulayıb.

Daha sonra final qarşılaşmaları keçirilib. Qaliblər fəxri diplom, medal və kubokla mükafatlandırılıb.

Son xəbərlər

Orphus sistemi