​Sadıq Sadıqov: “Bu tərəfdaşlıq yalnız Azərbaycan cüdosunun inkişafına xidmət edəcək”

​Sadıq Sadıqov: “Bu tərəfdaşlıq yalnız Azərbaycan cüdosunun inkişafına xidmət edəcək” Federasiya rəsmisi SOCAR-la İJF arasında imzalanmış müqavilədən danışıb
Fərdi
12 Fevral , 2016 16:35
​Sadıq Sadıqov: “Bu tərəfdaşlıq yalnız Azərbaycan cüdosunun inkişafına xidmət edəcək”

Bakı. 12 fevral. REPORT.AZ/ Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Sadıq Sadıqov SOCAR və Beynəlxalq Cüdo Federasiyası (İJF) arasında imzalanmış tərəfdaşlıq müqaviləsi barədə danışıb. "Report"un məlumatına görə, S.Sadıqov ACF-nin rəsmi saytına açıqlamasında bu anlaşmanın Azərbaycan cüdosunun inkişafına xidmət edəcəyini bildirib. 

O deyib ki, ötən ilin oktyabrında Fransanın paytaxtı Parisdə ACF və İJF rəhbərlərinin görüşündə və Marius Vizerin bu ilin əvvəlində Bakıya səfəri zamanı Azərbaycanda cüdonun inkişafı ilə bağlı bir çox məsələlər müzakirə olunub, SOCAR-la İJF arasında 4 illik tərəfdaşlıq müqaviləsi imzalanması haqqında razılıq əldə edilib: "Bu il Olimpiya ili sayılır və bu dövr ərzində İJF-nin xüsusi inkişaf proqramı mövcuddur. İmzalanan tərəfdaşlıq müqaviləsi də bizə həmin proqram çərçivəsində ölkəmiz üçün müxtəlif layihələrin həyata keçirilməsi imkanı yaradacaq. İJF tərəfindən azərbaycanlı məşqçi və hakimlər üçün seminarlar təşkil olunacaq”. 

ACF rəsmisi həmin layihələrin nədən ibarət olduğunu da açıqlayıb: “Həmin layihələrdə Azərbaycan regionlarında cüdonun inkişaf proqramları da nəzərdə tutulur. Cüdo məktəblərinin və digər infrastrukturların yaradılması, fəaliyyətdə olan məktəblərin və seksiyaların inventarlarla təchiz olunması, metodik vasitələr və yardımlar da nəzərdə tutulub. Bütün bunlar isə yeni istedadların üzə çıxmasına və Azərbaycan cüdosunun inkişafına töhfə verəcək”.

Son xəbərlər

Orphus sistemi