Sadıq Sadıqov Beynəlxalq Cüdo Federasiyası tərəfindən mükafatlandırılıb

Sadıq Sadıqov Beynəlxalq Cüdo Federasiyası tərəfindən mükafatlandırılıb Son illər ölkəmizdə cüdonun inkişaf etdirilməsində böyük xidmətləri olmuş Azərbaycan Cüdo Federasiyasının (ACF) sabiq vitse-prezidenti Sadıq Sadıqov Beynəlxalq Cüdo Federasiyasının (BCF) da yüksək etimadını qazanıb.
Fərdi
586
6 Noyabr , 2021 21:20
Sadıq Sadıqov Beynəlxalq Cüdo Federasiyası tərəfindən mükafatlandırılıb

Son illər ölkəmizdə cüdonun inkişaf etdirilməsində böyük xidmətləri olmuş Azərbaycan Cüdo Federasiyasının (ACF) sabiq vitse-prezidenti Sadıq Sadıqov Beynəlxalq Cüdo Federasiyasının (BCF) da yüksək etimadını qazanıb.

“Report” Azərbaycan Cüdo Federasiyasına istinadən xəbər verir ki, bu münasibətlə o, "Böyük dəbilqə"nin təşkil olunduğu Heydər Əliyev adına İdman Sarayında BCF tərəfindən mükafatlandırılıb. Azərbaycanda cüdonun inkişafı və təbliğində göstərdiyi xidmətlərə görə Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Sadıq Sadıqova cüdonun banisi Ciqoro Kanonun nüfuzlu "Herend" şirkəti tərəfindən xüsusi hazırlanmış büstünü təqdim edib.

Sonra Marius Vizer zəngin karyerası, dünya çempionatındakı medal və dünya cüdo turunda qazandığı 15 medala görə məşhur cüdoçu, yaxınlarda idmançı karyerasını başa vurmuş Nicat Şıxəlizadəyə də eyni mükafatı təqdim edib.

Son xəbərlər

Orphus sistemi