​Sabah Şəriəti: "Azərbaycan bayrağını qaldırmağıma çox şad oldum"

​Sabah Şəriəti: "Azərbaycan bayrağını qaldırmağıma çox şad oldum" "Rəqibə qarşı başqa taktika ilə güləşdim və qalib gəldim"
Fərdi
142
16 Avqust , 2016 01:40
​Sabah Şəriəti: Azərbaycan bayrağını qaldırmağıma çox şad oldum

Bakı. 16 avqust. REPORT.AZ/ "Olimpiya medalı almağıma və Azərbaycan bayrağını qaldırmağıma çox şad oldum".

"Report"un məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovaya açıqlamasında 130 kq. çəki dərəcəsində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc medalını qazanan Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti deyib.

Son təsəlliverici görüşdə almaniyalı Eduard Popp üzərində təmiz qələbə qazanan iranlı legioner bunu üç illik əziyyətinin bəhrəsi kimi qiymətləndirib:

"3 il ərzində gərgin məşq prosesi keçdim. Bütün məşqçilərə, federasiya və nazirliyə, zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm. Rəqib çox güclü idi. Ötən Avropa çempionatında bu idmançıya məğlub olmuşdum, lakin burada məşqçilərin köməkliyi ilə başqa taktika ilə güləşdim və qalib gəldim".

Son xəbərlər

Orphus sistemi