Rüstəm Orucov “World Masters” turnirinin qalibi olub - YENİLƏNİB-2

Rüstəm Orucov “World Masters” turnirinin qalibi olub - YENİLƏNİB-2 Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan cüdoçusu Rüstəm Orucov “World Masters” turnirinin qalibi olub.
Fərdi
15 Dekabr , 2018 15:45
Rüstəm Orucov “World Masters” turnirinin qalibi olub - YENİLƏNİB-2

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan cüdoçusu Rüstəm Orucov “World Masters” turnirinin qalibi olub.

“Report” xəbər verir ki, 73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı finalda kanadalı Artur Marjelidonu məğlub edib.


*** 10:14

Bakı. 15 dekabr. REPORT.AZ/ Azərbaycan cüdoçusu Rüstəm Orucov bu gün Çinin Quançjou şəhərində start götürən “World Masters” turnirində finala çıxıb.

“Report” xəbər verir ki, 73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı yarımfinalda Cənubi Koreyadan olan Çan-Qrim Anomu üstələyib.

O, həlledici görüşdə kanadalı Artur Marjelidonla qarşılaşacaq.


*** 09:32

Azərbaycan cüdoçusu Rüstəm Orucov bu gün Çinin Quançjou şəhərində start götürən “World Masters” turnirində yarımfinala vəsiqə qazanıb.

“Report” xəbər verir ki, 73 kq çəkidə çıxış edən 27 yaşlı idmançı mübarizəyə 1/8 finaldan başlayıb və ardıcıllıqla iranlı Məhəmməd Məhəmmədi ilə gürcüstanlı Laşa Şavdatuaşvilini məğlub edib.

O, yarımfianlda Cənubi Koreyadan olan Çan-Qrim Anomla üz-üzə gələcək.

Qeyd edək ki, iki gün davam edəcək turnirdə Azərbaycanın daha 4 cüdoçusu mübarizə aparacaq. Dekabrın 16-da Məhəmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri (+100 kq) və İrina Kindzerskaya tatami üzərinə çıxacaq.

Son xəbərlər

Orphus sistemi