Yuxarı

​Rüstəm Orucov: "Ukraynalı idmançı ilə görüşdə səhv etdim"

İnanıram ki, bundan sonrakı yarışlarda daha yaxşı nəticə qazanacam

Bakı. 7 may. REPORT.AZ/ "Böyük dəbilqə" dünyanın ən güclü yarışlardan biridir. İştirak etmək üçün 72 ölkə gəlmişdi. Hər kəs olimpiadaya lisenziya xalı götürmək üçün burda idi. "Report"un məlumatına görə, bunu Bakıda keçirilən cüdo üzrə "Böyük dəbilqə" turnirində bürünc medal qazanmış Rüstəm Orucov deyib.

73 kq çəkidə mübarizə aparan R.Orucov 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya verən turnirdəki çıxışından söz açıb: "Son iki yarış olimpiadaya lisenziya xalı qazandırır. Düzdür, finala çıxmaq alınmadı. Ukraynalı Dmitro Kanivetslə görüşdə bir balaca səhv etdim. Ancaq inanıram ki, bundan sonrakı yarışlarda daha yaxşı nəticə qazanacam".

O, qarşıdakı yarışlarda iştirak edib-etməyəcəyinə də aydınlıq gətirib: "Qazaxıstanda keçiriləcək yarışı buraxacam. Çünki məşq edib fiziki göstəricimi artırmalıyam. Amma Meksikada olacaq turnirdə çıxış edəcəm".

Brünc medalçı Rio-2016-dan da danışıb: "Əvvəlcədən nəsə demək olmur. Cüdo elə bir idman növüdür ki, hər saniyə istənilən nəticə ola bilər. Amma əlimdən gələni edəcəm ki, medal qazanım".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi