Rusiyanın tanınmış boksçusu 32 yaşında vəfat edib

Rusiyanın tanınmış boksçusu 32 yaşında vəfat edib İslam Timurziyev qan zəhərlənməsindən keçinib
Fərdi
31 Avqust , 2015 13:03
Rusiyanın tanınmış boksçusu 32 yaşında vəfat edib

Bakı. 31 avqust. REPORT.AZ/ Rusiya milli komandasının sabiq boksçusu İslam Timurziyev vəfat edib. "Report"un "R-Sport"a istinadən verdiyi məlumata görə, 32 yaşlı idmançı uzun sürən xəstəlikdən sonra bu gecə İnquşetiya klinik xəstəxanasının reanimasiya şöbəsində keçinib.

Ölümə qan zəhərlənməsi səbəb göstərilib. Mərhum Şimali Osetiyada dəfn olunacaq.

Qeyd edək ki, İslam Timurziyev 91 kq-dan yuxarı çəki dərəcəsində 2005-ci il Dünya Kubokunun qalibi, 2006-cı ilin Avropa çempionu və 2007-ci il dünya çempionatının bürünc mükafatçısı olub. 

Son xəbərlər

Orphus sistemi