​Rusiyanın daha 3 idmançısı Yay Olimpiya Oyunlarından kənarlaşdırılıb

​Rusiyanın daha 3 idmançısı Yay Olimpiya Oyunlarından kənarlaşdırılıb FISA üç avarçəkənin Olimpiadada iştirak etməyəcəyini təsdiqləyib
Fərdi
26 İyul , 2016 01:58
​Rusiyanın daha 3 idmançısı Yay Olimpiya Oyunlarından kənarlaşdırılıb

Bakı. 26 iyul. REPORT.AZ/ Beynəlxalq Avarçəkmə İdmanı Federasiyası (FISA) rusiyalı avarçəkənlər İvan Podşivalov, İvan Balandin və Anastasiya Karabelşikovanın Rio-de-Janeyroda keçiriləcək 2016-cı il Yay Olimpiya Oyunlarına buraxılmayacaqlarını təsdiq edib.

"Report" xəbər verir ki, bu barədə FISA-nın mətbuat xidməti məlumat yayıb.

Rusiya Olimpiya Komitəsinin İcraiyyə Komitəsi bunadək Oyunlarda iştirak etməli olan 387 idmançıdan ibarət heyəti təsdiq etmişdi. Lakin Beynəlxalq Yüngül Atletika Federasiyaları Assosiasiyası (IAAF) onlardan artıq 67 nəfərin Yay Olimpiya Oyunlarında iştirakına qadağa qoyub.

Son xəbərlər

Orphus sistemi