Rusiyanın 5 ağırlıqqaldıranı dopinqə görə diskvalifikasiya olunub

Rusiyanın 5 ağırlıqqaldıranı dopinqə görə diskvalifikasiya olunub Rusiyalı 5 ağırlıqqaldıran antidopinq qaydalarını pozmaları ilə əlaqədar bütün yarışlardan kənarlaşdırılıb.
Fərdi
13 Avqust , 2019 16:50
Rusiyanın 5 ağırlıqqaldıranı dopinqə görə diskvalifikasiya olunub

Rusiyalı 5 ağırlıqqaldıran antidopinq qaydalarını pozmaları ilə əlaqədar bütün yarışlardan kənarlaşdırılıb.

"Report"un Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının (IWF) rəsmi saytına istinadən verdiyi məlumata görə, erməni əsilli David Becanyan (105 kq), Oleq Çen (69 kq), Ruslan Albeqov (+105 kq), Yeqor Klimonov (94 kq) və Tima Turiyevaya (63 kq) qarşı intizam işi açılıb.

Qeyd edək ki, kənarlaşdırılanlar arasında ən titullusu Albeqovdur. O, ikiqat dünya və ikiqat Avropa çempionu, 2012-ci il London Yay Olimpiya Oyunlarının bürünc mükafatçısıdır. Turiyeva Avropa və dünya çempionu, Becanyan və Çen ikiqat Avropa çempionu, Klimonov isə 2017-ci il Universiadasının qalibidir.   

Son xəbərlər

Orphus sistemi