Yuxarı
    Bağlamaq

    ​Rusiyalı tennisçi Mariya Şarapovanın cəzası açıqlanıb

    Tennisçi 2 il müdətinə yarışlardan kənarlaşdırılıb

    Bakı. 8 iyun. REPORT.AZ/ Rusiyalı tennisçi Mariya Şarapovanın diskvalifikasiya müddəti açıqlanıb. 

    "Report"un Beynəlxalq Tennis Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, istifadəsi qadağan olunmuş dərman vasitələrindən yararlandığı üçün M.Şarapova 2 il müddətinə yarışlardan kənarlaşdırılıb.

    Dopinq testdən nəticəsi müsbət çıxan 29 yaşlı tennisçinin cəza müddəti 2016-cı il yanvarın 26-dan hesablanır.

    Qeyd edək ki, M.Şarapovanın orqanizmində istifadəsi qadağan olunmuş mildronat preparatı aşkar edilib. Tennisçi mildronatı 2006-cı ildə səhhətində problem yarandığı vaxtdan qəbul etməyə başlayıb. Bu il yanvarın 1-dən isə bu preparat qadağan olunmuş dərmanlar siyahısına düşüb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi