"Sputnik Azərbaycan" Beynəlxalq İnformasiya Agentliyi və Radiosu Bakıda yerli media nümayəndələri üşün "SputnikPro" layihəsinin yeni moduluna start verib.
"Report" xəbər verir ki, layihə çərçivəsində rusiyalı jurnalist, idman şərhçisi, MİA "Rossiya seqodnya"nın icraçı direktoru Vasili Konovun iştirakı ilə yerli jurnalist və fotoqraflar üçün master-klass təşkil olunub.
"Nəhəng idman tədbirlərində KİV-lərin işi" adlı seminarda bu cür yarışlara hazırlıq, redaksiyalarda tədbir zamanı fəaliyyət göstərəcək heyətin formalaşdırılması, böyük informasiya axını ilə iş metodları, mətn, audio və video materialların operativ çatdırılması və digər məsələlərdən danışılıb.
V.Konov Rusiyada təşkil olunmuş "Kazan 2013" Ümumdünya Yay Unversiadası, "Soçi 2014" Qış Olimpiya Oyunları, futbol üzrə 2018-ci il dünya çempionatı və digər yarışlardakı iş təcrübəsini bölüşüb.
Tanınmış şərhçi Bakıda keçirilən nəhəng yarışlardan da söhbət açıb. Onun sözlərinə görə, "
Rusiyalı jurnalist daha sonra sualları cavablandırıb.