Rusiyalı pilot "Formula 1" prezidentinin eynəyini sındırıb

Rusiyalı pilot "Formula 1" prezidentinin eynəyini sındırıb Rusiyalı "Formula 1" pilotu Daniil Kvyat futbol oyunu zamanı "Formula 1" rəhbəri Stefano Domenikalinin eynəyini sındırıb.
Fərdi
25 May , 2022 13:26
Rusiyalı pilot Formula 1 prezidentinin eynəyini sındırıb

Rusiyalı "Formula 1" pilotu Daniil Kvyat futbol oyunu zamanı "Formula 1" rəhbəri Stefano Domenikalinin eynəyini sındırıb.

"Report"un məlumatına görə, bu, ulduzlar komandası ilə "Formula 1" pilotları arasındakı xeyriyyə matçında baş verib.

Ulduzlar komandasında çıxış edən rusiyalı sürücü rəqib qapıçı Domenikali ilə təkbətək qaldığı vaxt toqquşub. "Formula 1" rəhbəri topu ələ keçirmək istəyərkən, pilot onun üzünə təpiklə vurub.

Qarşılaşma Monakodakı II Lui stadionunda keçirilib.

Qeyd edək ki, 27 - 29 mayda Monako Qran-prisi gerçəkləşəcək. Cari mövsüm Bakıdakı yarış 10 - 12 iyunda olacaq.

Son xəbərlər

Orphus sistemi