Rusiyalı pilot Azərbaycan Qran-prisində qəzaya uğrayıb

Rusiyalı pilot Azərbaycan Qran-prisində qəzaya uğrayıb Bakı. 28 aprel. REPORT.AZ/ “Formula-1” üzrə Azərbaycan Qran-prisində ikinci qəza baş verib.
Fərdi
28 Aprel , 2018 15:03
Rusiyalı pilot Azərbaycan Qran-prisində qəzaya uğrayıb

Bakı. 28 aprel. REPORT.AZ/ “Formula-1” üzrə Azərbaycan Qran-prisində ikinci qəza baş verib.

“Report” xəbər verir ki, “Williams”ın sürücüsü Sergey Sirotkin idarə etdiyi bolid səddə çırpılıb.

Nəticədə rusiyalı pilot mübarizəni dayandırıb. Onun maşını trasdan götürülüb.

Qeyd edək ki, aprelin 28-də ilk sərbəst yürüşü zamanı “Red Bull”un pilotu Maks Ferstappenin idarə etdiyi bolid səddə çırpılıb. Bu gün isə “Formula- 2” yarışında “Campos Vexatec Racing” komandasının pilotları - Luka Qotto və Roy Nissani qəza keçirib.

Son xəbərlər

Orphus sistemi