Yuxarı

​Rusiyalı pilot Avropa çempionatının bir yürüşündən diskvalifikasiya olunub

Buna pilotun dava salması səbəb olub

Bakı. 23 aprel. REPORT.AZ/ "Fors İndia" komandasının Formula 1-də ehtiyat pilotu Nikita Mazepin Formula 3 üzrə Avropa çempionatının bir yürüşündən diskvalifikasiya edilib.

"Report"un məlumatına görə, buna pilotun Macarıstan mərhələsi zamanı rəqiblə dalaşması səbəb olub.

Hadisə sərbəst yürüş zamanı baş verib. "Van Amersfort Reysinq" komandasının üzvü Kallum Aylott rusiyalı pilotun yaxşı vaxt göstərməsinə mane olduğu üçün N.Mazepin buna etirazını bildirib və tərəflər arasında mübahisə yaşanıb. Daha sonra N.Mazepin ingiltərəli pilotun sifətinə iki zərbə endirib.

Qeyd edək ki, "Fors İndia" komandası rusiyalı idmançı ilə bu ilin fevralında uzunmüddətli müqavilə imzalayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi