Rusiyalı olimpiya mükafatçısı yarışlardan kənarlaşdırılıb

Rusiyalı olimpiya mükafatçısı yarışlardan kənarlaşdırılıb Bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qərar qəbul edib
Fərdi
13 Noyabr , 2017 13:48
Rusiyalı olimpiya mükafatçısı yarışlardan kənarlaşdırılıb

Bakı. 13 noyabr. REPORT.AZ/ 2012-ci il London Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Rusiya ağırlıqqaldıranı Ruslan Albeqov bütün yarışlardan kənarlaşdırılıb. 

"Report"un məlumatına görə, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qərar qəbul edib.

Albeqov antidopinq qaydalarını pozmaqda şübhəli bilinir. O, London Olimpiadasında 105 kq-dan yuxarı çəki dərəcəsində 3-cü yeri tutub. 29 yaşlı idmançı, həmçinin ikiqat Avropa və dünya çempionu olub.

Son xəbərlər

Orphus sistemi