Rusiyalı olimpiya çempionu koronavirusa qalib gəldi

Rusiyalı olimpiya çempionu koronavirusa qalib gəldi Rusiyalı sərbəst güləşçi, Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi Abdulraşid Sadulayev koronavirusa qalib gəlib.
Fərdi
177
8 İyun , 2020 16:04
Rusiyalı olimpiya çempionu koronavirusa qalib gəldi

Rusiyalı sərbəst güləşçi, Rio-2016 Yay Olimpiya Oyunlarının qalibi Abdulraşid Sadulayev koronavirusa qalib gəlib. 

"Report"un məlumatına görə, bu barədə əslən Dağıstandan olan idmançı TASS-a açıqlama verib.

Sadullayev bildirib ki, bu xəstəlik Dağıstanın şəhər və bölgələrində hər ailəni narahat edir. O, xəstəliyi yüngül formada keçirdiyini və evdə müalicə aldığını sözlərinə əlavə edib. İdmançı ağır xəstəliyi olanların xəstəxanalara yerləşdirildiyini vurğulayıb.  

Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləş üzrə Avropa, dünya və olimpiya çempionu Şərif Şərifov koronavirusa yoluxub.

Xatırladaq ki, Abdulraşid Sadulayev Rio-2016 Yay Olimpiya Oyunlarının yarımfinalında və ötən il Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatının finalında Şərif Şərifova qalib gəlib. Onların hər ikisi Dağıstanın Çarodin rayonunda anadan olublar.

Son xəbərlər

Orphus sistemi