Rusiyalı idmançının lisenziyası nasist salamına görə ləğv edilib

Rusiyalı idmançının lisenziyası nasist salamına görə ləğv edilib İtaliya Avtomobil Klubunun (ACI) rəhbərliyi Portuqaliyada keçirilən kartinq üzrə yeniyetmələrin Avropa çempionatında baş vermiş insidentdən sonra rusiyalı pilot Artyom Severyuxinin lisenziyasını ləğv edib
Fərdi
12 Aprel , 2022 17:30
Rusiyalı idmançının lisenziyası nasist salamına görə ləğv edilib

İtaliya Avtomobil Klubunun (ACI) rəhbərliyi Portuqaliyada keçirilən kartinq üzrə yeniyetmələrin Avropa çempionatında baş vermiş insidentdən sonra rusiyalı pilot Artyom Severyuxinin lisenziyasını ləğv edib.

"Report" ACI-nın rəsmi saytına istinadən xəbər verir ki, yeniyetmə sürücü ilə bağlı əlavə tədbirlər görülməsi məqsədilə növbədənkənar iclas keçirilib.

Qeyd edək ki, İtaliyanı təmsil edən Artyom Severyuxin yarışın birinci mərhələsinin qalibi olub. O, mükafatlandırma mərasimi zamanı nasist salamı verib. Pilotun hərəkəti sosial şəbəkələrdə də ciddi narazılığa səbəb olub. Daha əvvəl Beynəlxalq Avtomobil Federasiyası məsələ ilə bağlı araşdırmaya başladığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi