Rusiyalı idmançılar dopinq testin nəticəsini gizlətmək üçün rüşvət veriblər

Rusiyalı idmançılar dopinq testin nəticəsini gizlətmək üçün rüşvət veriblər İdmançıların şantaj olunduğu güman edilir
Fərdi
25 Noyabr , 2016 16:10
Rusiyalı idmançılar dopinq testin nəticəsini gizlətmək üçün rüşvət veriblər

Bakı. 25 noyabr. REPORT.AZ/ Rusiyanın 6 idmançısı dopinq analizlərinin müsbət nəticələrinin gizlədilməsi üçün Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) külli miqdarda pul verib. 

"Report"un RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, idmançılar 2011-ci ildə 300-700 min avro ödəyiblər.

Paris prokurorluğu İAAF-ın maliyyə cinayəti ilə bağlı araşdırmalara başlayıb.

İndi həmin idmançıların adları da məlumdur. Bunlar Liliya Şobuxova, Valeri Borçin, Olqa Kanişkina, Vladimir Kanaykin, Sergey Kirdyapkin Yuliya Zaripovadır. İdmançıların İAAF rəsmiləri tərəfindən şantaj olunduğu ehtimal edilir.

Qeyd edək ki, dopinq testləri müsbət nəticə verən həmin siyahıda 23 idmançının adı olub.

Son xəbərlər

Orphus sistemi