Rusiyalı idman funksioneri yenidən IBA prezidenti seçilib

Rusiyalı idman funksioneri yenidən IBA prezidenti seçilib Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyov növbəti müddətə qurumun prezidenti seçilib
Fərdi
14 May , 2022 11:30
Rusiyalı idman funksioneri yenidən IBA prezidenti seçilib

Beynəlxalq Boks Assosiasiyasının (IBA) rəhbəri Umar Kremlyov növbəti müddətə qurumun prezidenti seçilib.

"Report" IBA-nın rəsmi tviter hesabına istinadən xəbər verir ki, bu, qurumun Fövqəladə Konqresinin ikinci günündə gerçəkləşib.

Hazırda IBA-nın İdarə Heyəti və komitələri üçün seçkilər keçirilir.

Qeyd edək ki, Umar Kremlyov IBA-ya 2020-ci ildən rəhbərlik edir. 40 yaşlı funksioner 2017 - 2021-ci illərdə Rusiya Boks Federasiyasının baş katibi vəzifəsində çalışıb.

Son xəbərlər

Orphus sistemi