Rusiyalı dünya çempionu: "Bakıda dünya rekorduna imza atmaq üçün yeni kombinasiya etməyə çalışacağam"

Rusiyalı dünya çempionu: "Bakıda dünya rekorduna imza atmaq üçün yeni kombinasiya etməyə çalışacağam" Bakı. 16 fevral. REPORT.AZ/ Yarışlarla bağlı təəssüratlarım çox yüksəkdir. Təşkilatçılıq hər zamankı kimi yüksək səviyyədədir.
Fərdi
16 Fevral , 2019 12:14
Rusiyalı dünya çempionu: Bakıda dünya rekorduna imza atmaq üçün yeni kombinasiya etməyə çalışacağam
Report

Bakı. 16 fevral. REPORT.AZ/ "Yarışlarla bağlı təəssüratlarım çox yüksəkdir. Təşkilatçılıq hər zamankı kimi yüksək səviyyədədir".

"Report" xəbər verir ki, bunu bu gün Bakıda start götürən batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda final mərhələsinə vəsiqə qazanan Rusiya tamblinqçisi Vadim Afanasyev söyləyib.

Təsnifat mərhələsində ən yaxşı göstəriciyə imza atan dünya çempionu Bakıda rekord müəyyənləşdirmək istədiyini deyib: "Stabil şəkildə çıxışımı davam etdirmək istəyirəm. Finalda dünya rekorduna imza atmaq üçün yeni kombinasiya etməyə çalışacağam. İndi də daha yaxşı nəticə göstərə bilərdim. Yarışın səhər saatlarında olması bir qədər mane oldu".

Qeyd edək ki, Azərbaycan tamblinqçisi Mixail Malkin 2-ci göstərici ilə finala adlayıb. Fevralın 17-də Milli Gimnastika Arenasında keçiriləcək final mərhələsi saat 12:00-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi