Yuxarı
    Bağlamaq

    Rusiyalı döyüşçü Fyodor Yemelyanenko rinqə qayıdaraq, nokautla qələbə qazanıb - VİDEO

    Onun döyüşü ilk raunddaca başa çatıb

    Bakı. 30 dekabr. REPORT.AZ/ Rusiyalı döyüşçü Fyodor Yemelyanenko 3 illik fasilədən sonra rinqə çıxıb. "Report"un məlumatına görə, 39 yaşlı idmançı Yaponiyada özündən 11 yaş kiçik hindistanlı Ceydip Sinqhlə üz-üzə gəlib.

    Qarşılaşma elə ilk raunddaca başa çatıb. Yemelyanenko rəqibini yerə yıxaraq, ona boğucu fənd tətbiq etdikdən sonra zərbələr endirməyə başlayıb. Referi isə görüşü dayandıraraq, rusiyalı döyüşçünü qalib elan edib.

    Qeyd edək ki, Fyodor Yemelyanenko sonuncu dəfə 21 iyun 2012-ci ildə rinqə çıxıb. O, braziliyalı Pedro Rizzonu nokautla yenib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi