Rusiyalı atlet çarpayının ətrafında 100 km qaçdı - VİDEO

Rusiyalı atlet çarpayının ətrafında 100 km qaçdı - VİDEO Rusiyanın Vladivostok şəhərinin sakini Dmitri Yakuxnı özünütəcrid rejimində qeyri-adi marafon keçirib.
Fərdi
23 Aprel , 2020 14:42
Rusiyalı atlet çarpayının ətrafında 100 km qaçdı - VİDEO

Rusiyanın Vladivostok şəhərinin sakini Dmitri Yakuxnı özünütəcrid rejimində qeyri-adi marafon keçirib.

"Report"un məlumatına görə, o, çarpayının ətrafında qaçaraq 100 km məsafə qət edib.

43 yaşlı idmançı bildirib ki, bunun üçün 10 saat 19 dəqiqə vaxt itirib.

Qeyd edək ki, Dmitri Yakuxnı uzun məsafələrə qaçış marafonlarına müntəzəm qatılır. O, apreldə Sahara səhrasında 250 km məsafəlik ultramarafonda çıxış etməli idi. Amma yarış pandemiya səbəbindən təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi