Bakı. 11 noyabr. REPORT.AZ/ Rusiyalı ağır atlet Rüstəm Latıpov 4 il müddətinə yarışlardan diskvalifikasiya olunub.
"Report" xəbər verir ki, bunu Rusiya Antidopinq Agentliyindən (RUSADA) bildiriblər.
İdmançının antidopinq qaydalarını pozduğu qeyd olunub. Onun diskvalifikasiya müddəti 2015-ci il martın 24-dən hesablanacaq.