Yuxarı

​Rusiyada idmançı rinqdə 16 yaşlı rəqibini zərbə ilə öldürüb

Hadisə Tuva Respublikasının Çadana şəhərinin Dzun-Xemçik rayonunda baş verib

Bakı. 27 may. REPORT.AZ/ Rusiyanın Tuva Respublikasında kikboksinq üzrə yarışda 21 yaşlı idmançının rinqdə 16 yaşlı rəqibinə endirdiyi zərbə nəticəsində yeniyetmə ölüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu haqda Tuva Respublikasının İstintaq İdarəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, hadisə Tuva Respublikasının Çadana şəhərinin Dzun-Xemçik rayonunda baş verib. 54 çəki dərəcəsində kikboksinq üzrə açıq çempionatda 21 yaşlı idmançı ayağı ilə 16 yaşlı kikboksinqçinin qarın boşluğu nahiyəsinə zərbə endirib. Zərbədən sonra yeniyetmə huşunu itirib. Həkimlərin yardım etməsinə baxmayaraq, idmançı rinqdə həyatını itirib.

Fakt üzrə istintaq işi başlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi