​Rusiyada daha 2 cüdoçu tatami üzərinə çıxacaq

​Rusiyada daha 2 cüdoçu tatami üzərinə çıxacaq Hər iki idmançı 1/16 finalda mübarizə aparacaq
Fərdi
22 Aprel , 2016 09:28
​Rusiyada daha 2 cüdoçu tatami üzərinə çıxacaq

Bakı. 22 aprel. REPORT.AZ/ Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatı davam edir. "Report"un məlumatına görə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya baxımından önəm daşıyan yarışın ikinci günündə Azərbaycanın 2 cüdoçusu tatami üzərinə çıxacaq.

73 kq çəkidə Rüstəm Orucovun rəqibi litvalı Kestutis Vitkauskas olacaq. 81 kq-da isə Əbdülhəqq Rəsullu fransalı Alen Şmittlə görüşəcək. Hər iki idmançı mübarizəyə 1/16 final mərhələsindən qoşulacaq.

Qeyd edək ki, çempionatın ilk günündə 60 kq çəkidə mübarizə aparan Orxan Səfərov gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi