Bakı. 7 avqust. REPORT.AZ/ Rusiya Paralimpiya Komitəsi (RPK) Beynəlxalq Paralimpiya Komitəsi (BPK) üzvlüyündən çıxarılıb və beləliklə, Rusiya idmançıları 2016-cı il Rio-de-Janeyro Paralimpiya Oyunlarında iştirakdan məhrum olub.
"Report" xəbər verir ki, bunu BPK rəhbəri Filip Kreyven bəyan edib.
"BPK İcraiyyə Komitəsi Rusiya Paralimpiya Komitəsinin dərhal kənarlaşdırılması barədə qərar qəbul edib. Bu o deməkdir ki, Rusiya Paralimpiya Komitəsi BPK-yə üzvlük planında bütün öz hüquq və səlahiyyətlərini itirir", - deyə Kreyven bazar günü keçirilən mətbuat konfransında bildirib.
"Rusiya Paralimpiya Komitəsi rusiyalı idmançıların Rio-de-Janeyro Oyunlarında iştirakı üçün ərizə verə bilməyəcək", - deyə BPK prezidenti bildirib.
Prezident əlavə edib ki, Rusiya tərəfinin bu qərardan məhkəmə şikayəti vermək üçün 21 gün vaxtı var
Parolimpiada-2016 7-18 sentyabr tarixlərində Braziliyada keçiriləcək.