Bakı. 12 dekabr. REPORT.AZ/ Rusiya Olimpiya Komitəsinin Olimpiya yığıncağı yerli idmançıların 2018-ci il Qış Olimpiya Oyunlarında neytral statusda çıxış etmək istəkləri ilə bağlı bəyanatını dəstəkləyib.
“Report” TASS-a istinadən xəbər verir ki, müvafiq qərar yekdilliklə qəbul olunub. Pxençxan-2018-də iştirak etməklə bağlı yekun qərarı hər bir idmançı özü verəcək.
Bir müddət əvvəl Rusiya prezidenti Vladimir Putin də ölkə rəhbərliyinin idmançıların Qış Olimpiya Oyunlarında neytral statusda iştirakına mane olmayacağını bildirib.
Qeyd edək ki, Rusiya yığması 2018-ci ildə Cənubi Koreyada keçiriləcək Qış Olimpiya Oyunlarından kənarlaşdırılıb. Bununla belə, qan analizlərində dopinq tapılmayan idmançılar Oyunlarda neytral bayraq altında çıxış edə bilərlər.