Şoyqunun qızı federasiya prezidenti seçildi

Şoyqunun qızı federasiya prezidenti seçildi Rusiya Triatlon Federasiyasının yeni prezidenti müəyyənləşib.
Fərdi
5 Dekabr , 2020 14:35
Şoyqunun qızı federasiya prezidenti seçildi
Kseniya Şoyqu

Rusiya Triatlon Federasiyasının yeni prezidenti müəyyənləşib.

"Report" RİA-ya istinadən xəbər verir ki, bu vəzifəyə ölkənin müdafiə naziri Sergey Şoyqunun qızı Kseniya Şoyqu seçilib.

Seçki federasiyanın bugünkü hesabat konfransı zamanı baş tutub.

Qeyd edək ki, daha əvvəl triatlon federasiyasına Pyotr İvanov başçılıq edirdi. O, noyabrın 30-dan Ümumrusiya Yüngül Atletika federasiyasının rəhbəri vəzifəsində çalışır.

Son xəbərlər

Orphus sistemi