Rusiya idmançısına danışılmış oyunlara görə 5 illik cəza verildi

Rusiya idmançısına danışılmış oyunlara görə 5 illik cəza verildi Dünya Badminton Federasiyası (BWF) Rusiyani təmsil edəm Nikita Hakimovu 5 il müddətinə cəzalandırıb.
Fərdi
356
24 Dekabr , 2020 10:35
Rusiya idmançısına danışılmış oyunlara görə 5 illik cəza verildi
Nikita Hakimov

Dünya Badminton Federasiyası (BWF) Rusiyani təmsil edəm Nikita Hakimovu 5 il müddətinə cəzalandırıb.

"Report" BWF-nin rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı idmançı danışılmış oyunlarda iştirakda günahlandırılır.

Hakimov 2018-ci ildə Kazanda təşkil edilmiş komandalararası Avropa çempionatının oyunlarına təsir etməkdə ittiham olunur.

Badmintonçu bütün iddiaları rədd edib, lakin BWF Müstəqil Komissiyası onun izahatını qəbul etməyib.

Qeyd edək ki, Nikita Hakimovun cəzası 2020-ci il oktyabrın 13-dən qüvvəyə minəcək.

Son xəbərlər

Orphus sistemi