Rusiya idmançısı Azərbaycandan təklif alıb

Rusiya idmançısı Azərbaycandan təklif alıb Rusiyanın fiqurlu konkisürəni Conatan Qureyro Azərbaycandan təklif alıb
Fərdi
27 Fevral , 2021 16:34
Rusiya idmançısı Azərbaycandan təklif alıb

Rusiyanın fiqurlu konkisürəni Conatan Qureyro Azərbaycandan təklif alıb.

"Report"un məlumatına görə, bu barədə Avstraliya əsilli idmançı "kp.ru"ya açıqlamasında deyib.

30 yaşlı konkisürən bildirib ki, ölkəmizlə yanaşı, Avstraliya və İngiltərə də onun xidmətində maraqlı olub: "Amma mən Rusiya millisində çıxış etmək istədiyim üçün təkliflərə müsbət cavab vermədim".

Azərbaycan Fiqurlu Konkisürmə Federasiyasının vitse-prezdenti Fuad Quliyev də "Report"a açıqlamasında məlumatı təsdiqləyib. Quliyevin sözlərinə görə, bu hadisə 6-7 il öncə baş verib: "Əslində rəsmi təklif olmayıb. Qureyronun anası Svetlana Lyapina bizdə məşqçi işləyirdi. Ondan soruşmuşdum ki, oğlunuz Azərbaycan millisində çıxış etmək istəyərmi? Lyapina isə artıq Rusiyanı seçdiklərini söyləmişdi".

Qeyd edək ki, Conatan Qureyro yeniyetmələr arasında dünya çempionatlarının gümüş və bürünc mükafatçısıdır.

Son xəbərlər

Orphus sistemi