Yuxarı

​Rusiya Güləş İdmanı Federasiyasının I vitse-prezidenti selfi edərkən dərədən çaya düşüb

Adlan Varayev çaya yıxıldıqdan sonra yoxa çıxıb

Bakı. 4 may. REPORT.AZ/ Rusiya Güləş İdmanı Federasiyasının (RGİF) I vitse-prezidenti Adlan Varayev çaya yıxıldıqdan sonra yoxa çıxıb.

"Report"un məlumatına görə, bu barədə TASS-a RGİF-in prezidenti Mixail Mamiaşvili açıqlama verib.

O bildirib ki, insident Varayevin vətəni Çeçenistanda baş verib: "Adlan hələ də tapılmayıb. Hamımız ondan ötrü dua edirik".

Varayev Arqun dərəsindən təbiəti çəkərkən və ya selfi edərkən, 30-40 metr hündürlükdən çaya düşüb. Hadisə yerindən onun qapıları açıq maşınında bütün sənədləri aşkarlanıb.

Qeyd edək ki, Adlan Varayev olimpiya medalı qazanan ilk çeçendir. O, 1988-ci il Seul olimpiadasında sərbəst güləş yarışlarında gümüş medala sahib olub. O, habelə 1987-ci il dünya çempionatının qalibi, 1986-cı il mundialının gümüş mükafatçısıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi